DYP Bakı-Quba yolu ilə bağlı sürücülərə müraciət etdi – VİDEO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 128.6-cı kilometrliyində, yolun hər iki tərəfində elektron tərəzilərin quraşdırılması ilə əlaqədar aidiyyəti qurum tərəfindən hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, hazırda yolda təhlükəsizliyin təmin edilməsi və hərəkət intensivliyinin nizamlanması üçün DYP tərəfindən zəruri tədbirlər görülür.
Lakin təəssüf ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə əsas yola çıxmağa çalışırlar ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qəzaların və digər xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərə müraciət edərək onlardan sözügedən ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etməyi, mövcud vəziyyəti anlayışla qarşılamağı və digər hərəkət iştirakçılarına münasibətdə ehtiramla davranmağı xahiş edir.
Nurlan
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO










