DYP-dən 15 yaşlı uşağın avtobus sürməsinə REAKSİYA - VİDEO
Bir neçə gün əvvəl Avtosfer.az saytında “İSUZU” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb. Baş Dövlət yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Elvin Hacıyev Avtosfer.az-a bildirib ki, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib.
Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.
Qeyd edək ki, Bakıda mikroavtobus sürən gənc sürücü özünü videoya çəkərək sosial şəbəkədə paylaşıb. Oo, həm 77-HY-608 qeydiyyat nişanlı "Mercedes" markalı, həm də 77-FN-981 qeydiyyat nişanlı "İsuzu" markalı avtobusu idarə edib. Bütün videolarda təhlükəsizlik kəmərindən istifadə etmədiyi aşkar şəkildə görünüb.
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












