DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. BDYPİ-dən Avtosfer.az-a daxil olan məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinə rast gəlinir.
"Məlumdur ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücünün özü və digər hərəkət iştirakçıları üçün xoşagəlməz nəticələr və ciddi təhlükə yarada bilər. Bununla yanaşı, unutmamalıyıq ki, əkin sahələrində çalışan insanların qaydalara uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
Hazırda mövsümlə əlaqədar əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırırıq", - məlumatda bildirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












