DYP-dən müraciət: “Ötmə və manevrlər üçün sol zolaqları boş saxlayın”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücülərə müraciət edib.
Bu barədə BDYPİ-nin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsi məlumat yayıb.
Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər:
“Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Bu qaydanın pozulmasına görə, inzibati qaydada məsuliyyət nəzərdə tutulub.
Hərəkət intensivliyi çox olan şəhər yollarında isə bəzi sürücülər sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edir və bununla da mənzil başına daha tez çatacaqlarını düşünürlər. Lakin bu tamamilə yanlış düşüncədir. Çünki bir çox sürücü bu formada düşündüyündən sol zolaqda sıxlıq yaranır və hərəkət etmək çətinləşir, sağ zolaqla isə daha rahat və təhlükəsiz hərəkət etmək olur. Statistikalara görə, qəzaların əksəriyyəti sol zolaqlarda baş verdiyi üçün sağ zolaqlar daha təhlükəsiz zolaqlar hesab olunur.
Sürücülərə tövsiyə olunur ki, istənilən yolda hərəkət edərkən sağ zolaqlara üstünlük versinlər. Ötmə və manevrlər üçün sol zolaqları boş saxlasınlar”, - deyə qeyd edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












