DYP-dən paytaxtda tədbirlər: yük maşınları saxlanıldı və... - FOTO - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində maarifləndirici tədbirlər həyata keçirib. İdarənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli, YPX əməkdaşları və Avtosfer.az-ın qatıldığı tədbirlərdə əsas istiqamət gündüz saatlarında yola çıxan yük maşını sürücülərinin aşkarlanması olub.
Xüsusilə paytaxtın küçə və prospektlərində gündüz saatlarında icazəsiz olaraq hərəkət edən ağır tonnajlı avtomobillər təxacıara səbəb olur. Bu baxımdan həm sürücülərə xəbərdarlıq etmək, eyni zamanda maarifləndirmə işləri aparmaq məqsədilə paytaxtın bir neçə istiqaməti üzrə reydlər keçirilib. Tədbirlər zamanı qayda pozan sürücülərlə söhbətlər aparılıb. Yolun hərəkət hissəsində avtomobil park edən, digər sürücülərə maneə yaradan yol hərəkəti iştirakçıları aşkarlanıb.
Həmçinin təyin olunmuş vaxt cədvəlini pozaraq yola çıxan yük maşını sürücüləri saxlanılıb, onlar barəsində müvafiq tədbirlər görülüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, analoji tədbirlərin həyata keçirilməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların rahat hərəkəti üçün müvafiq şərait yaratmaq məqsədi daşıyır.
Tədbirlərdən hazırlanmış geniş videoreportajı təqdim edirik :
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















