DYP-dən piyadalara XƏBƏRDARLIQ - FOTO

Ötən həftə Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 163 nömrəli marşrut xətti üzrə hərəkət edən "BMC" markalı sərnişin avtobusu piyadanı vurub.
Avtosfer.az xəbər verir ki, nəticədə piyada həyatını itirib.
Bu kimi hallarla paytaxt ərazisində tez-tez rastlaşırıq. Bədbəxt hadisələrin qarşısını almaq üçün piyadalar olduqca diqqətli olmalıdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli də baku.ws-ə bildirdi ki, piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyada keçidlərinin düz yaxınlığında baş verir:
"Təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bəzi piyadalar yolu onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçirir. Bunun nəticəsində xoşagəlməz hadisələr qeydə alınır.
Apardığımız müşahidələr göstərir ki, piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyada keçidlərinin düz yaxınlığında baş verir. Piyadalardan xahiş edirik ki, yolu onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş yeraltı və yerüstü keçidlər, eləcə də piyada zolaqlarından istifadə edərək keçsinlər".

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












