DYP-dən sürücülərə xəbərdarlıq: Həftəsonu yola çıxanda...

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomobil yollarında nəqliyyat axınının artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Qeyd olunan hava şəraitinin xüsusilə ikitəkərli, o cümlədən moped, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində çətinliklər yaratdığını nəzərə alaraq, belə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması tövsiyə edilir.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












