DYP-dən xəbərdarlıq: Sükan arxasında yuxusuzluq ölümlə nəticələnir - VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.
Belə ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi «Mercedes» markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər.
Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












