DYP “Əziz Şuşa” velosiped turniri ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən Avtosfer.az-a daxil olan müraciətdə deyilir:
"Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə cari ilin 07-11 iyun tarixlərində "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri” keçiriləcəkdir.
Yarışa iyunun 7-də saat 10:30-da paytaxtın Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. Velosipedçilər həmin gün Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və DİN BDYPİ-nin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil” otel kompleksinin qarşısında yekun vuracaqlar.
İkinci tura iyunun 8-də Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar.
Üçüncü tura iyunun 9-da Qəbələ rayonunda start veriləcək və velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar.
Dördüncü tura iyunun 10-da Gəncə şəhərindən start veriləcək. İdmançılar Gəncə-Şəmkir yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər.
Sonuncu tura iyunun 11-də Beyləqan rayonunda start veriləcək. Velosipedçilər Beyləqan-Füzuli-Xocavənd-Zəfər yolu marşrut xətti üzrə hərəkət edərək beynəlxalq turnirə Şuşa şəhərində yekun vuracaqlar. Turlar səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Ölkəmizin tanıdılması, beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsi və işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sözügedən turnirin təhlükəsiz şəraitdə keçməsi üçün əhalidən, xüsusilə sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir, mötəbər idman tədbirinin yüksək səviyyədə təşkilinə töhfə verməyə çağırırıq".
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi - ANBAAN VİDEO








