DYP keçidləri "saymayan" piyadaları saxladı və... - VİDEO

Paytaxtda yol polisi əməkdaşları keçidlərdən istifadə etməyən piyadalara qarşı maarifləndirici tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyən vətəndaşlar saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçənlər barəsində qanunamüvafiq tədbir görülüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə DYP tərəfindən mütəmadı olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir: “Keçidlərin olmasına baxmayaraq piyadalar yolun hərəkət hissəsi ilə hərəkət edərək özlərini təhlükəyə atırlar. Piyadalardan xahiş və tələbimiz odur ki, qaydalara ciddi əməl etsinlər. Nəzərə alsınlar ki, adi diqqətsizlik böyük faciəyə səbəb ola bilər”.
Məhəbbət Tərlanoğlu
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












