DYP maşına bu cür aksesuar asanlara xəbərdarlıq etdi - Elə bilirlər ki... - FOTOLAR

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar üzərində hüquq-mühafizə orqanlarının adı və atributları həkk olunan aksesuarlardan istifadə hallarının geniş vüsət alması ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, məlumatda bu cür aksesuarlardan istifadənin yanlış anlaşıldığı və yolverilməz olduğu bildirilib.
“Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.
Baş Dövlət Yol Polisi İdarəsi üzərində “polis”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir”, - açıqlamada qeyd olunub.


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












