Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? - 1100 manat... - AÇIQLAMA

01.01.2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə var.
Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, həmin cərimələrə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 529-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin olunması üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul edilib:
“Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd olunan vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.
Araz Əsgərli, həmçinin qeyd edib ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə, nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İXM-nin 96-cı maddəsinə uyğun olaraq həyata keçirilir və hər bir avtomobil sahibindən nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət edilməsi xahiş olunur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












