Yol polisi xanım idmançıya protokol yazdı; ödəniş edəndə görün nələr üzə çıxdı - FOTO

Parataekvondoçumuz Aynur Məmmədovaya yol-hərəkəti qaydalarını pozması ilə bağlı cərimə protokolu gəlib. O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Vaxt etdim və cəriməni ödəmək istəyəndə harada qayda pozduğuma baxdım. Protokola girib foto və videoya baxdıqda Bakı-Qazax yolunda “Mercedes” markalı sərnişin avtobusunu sürdüyümü görürəm. Bu da doğru, düzgün işləyən radarlar... Bunu paylaşmaqda məqsədim odur ki, cərimə gələn zaman foto-videoya baxmadan ödəniş etməyin”.
O qeyd edib ki, protokolda qeyd edilən maşın ona məxsus deyil, yalnız nömrə uyğun gəldiyi üçün cəriməni onun adına qeyd ediblər.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, texniki səhv olub:
“Artıq texniki yanlışlıq aradan qaldırılıb”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












