DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
BDYPİ yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə aşağıdakı ümumi tövsiyələrə əməl etməyi xahiş edir:
Nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc sistemi, sükan idarəetməsi və işıqlandırma qurğularını əvvəlcədən yoxlayın;
Mövsümə uyğun təkərlərdən istifadə edin;
Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçin, kəskin manevr və qəfil tormozlamadan çəkinin;
Avtomobillər arasında təhlükəsiz ara məsafəsini qoruyun;
Körpülərdə, açıq sahələrdə, enişli-yoxuşlu yol hissələrində daha diqqətli olun;
Yol və hava şəraiti ilə bağlı rəsmi məlumatları izləyin, zərurət olmadıqca riskli istiqamətlərdə hərəkət etməyin.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli və məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çağırır.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












