DYP son 6 ayda qəzaların statistikasını açıqladı - AZALMA VAR

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib. O bildirib ki, bu ilin birinci yarımilliyi ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99 fakt, başqa sözlə 12.7 faiz azalaraq 681 fakt təşkil edib: “Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı ötən illə müqayisədə 54 nəfər azalaraq 333, xəsarət alanların sayı isə 71 nəfər azalaraq 598 olub”.
BDYPİ rəsmisi deyib ki, qeydə alınan yol qəzalarının növləri sırasında piyadavurma, toqquşma, mane vurma, aşma hadisələri üstünlük təşkil edib. “Hadisələrin baş vermə səbəblərinə gəldikdə isə avtonəqliyyat vasitələrini yüksək sürətlə idarəetmə, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması faktları daha çox qeydə alınıb” - məlumatda deyilir.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













