DYP texniki müayinələr üçün yeni avadanlıqlar gətirdi - FOTO

Baş DYP İdarəsinin Müayinə Mərkəzi yeni avadanlıqlar alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya açıqlamasında qurumun müfəttişi polis mayoru Kamal Əhmədli məlumat verib.
O bildirib ki, mərkəzdə nəzarət ölçü cihazları tamamilə təzələnib:
"Nəqliyyat vasitələrinin texniki müayinə zamanı yoxlanılması prosesi üçün yeni avadanlıqlar almışıq. Yeni avadanlıq texniki baxış zamanı sürücüləri ən çox narahat edən məsələni - avtomobilin faralarının düzgün ölçülməsini yoxlayır. Sürücülər tez-tez faralarla bağlı onlara təqdim edilən nasazlıq haqqında məlumatlarla razılaşmırlar. Amma bu cihazın təqdim etdiyi nəticələr artıq bütün narazılıqlara son qoyacaq. Əsas məsələlərdən biri də hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitəsini idarə edən sürücülərin texniki baxışa gələn zaman proseslərin daha da sürətləndirilməsi üçün tətbiq edilən yenilikdir. Əvvəl, əgər nəqliyyat vasitəsinin üzərində ödənilməmiş cərimə var idisə, onu müəyyən etmək lazım idi. Avtomobili kimin idarə etdiyini müəyyənləşdirmək üçün sənədlər toplanılırdı. Çünki əvvəl bu, bizim səlahiyyətimizdə deyildi. Artıq bu səlahiyyətlər bizə verildi. Belə ki, artıq avtomobil texniki baxışa gələn zaman üzərində tətbiq edilən cərimə qərarsızdırsa, sürücü aidiyyəti sənədləri təqdim etdikdən sonra biz cəriməni qərarlı olaraq təsdiq edirik. Sürücü isə bu cəriməni Mərkəzdə olan terminallar vasitəsilə rahat şəkildə ödəyə bilir. Bu, yalnız hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini idarə edən sürücülərə aiddir. Çünki fiziki şəxslərə yazılan cərimələr dərhal qərarlı olaraq sistemə keçirilir".
Avtomobikli texniki baxışa gətirən sürücülər nəqliyyat vasitəsində aşağıdakı texniki göstəricilərə xüsusi diqqət yetirməlidirlər:
1. Dəm qazı
2. Şinlərin protektoru
3. Avtomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər
4. Çatsız şüşələr
5 İşıqların saz vəziyyətdə olması
6. Təhlükəsizlik kəməri 7. İşlək əyləc sistemi
8. Yağ və ya yanacaq sızmasının olmaması.
Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması vacibdir. Qeyd edək ki, artıq bir neçə ildir ki, paytaxtda müəyyən olunmuş vaxtlarda hərəkəti məhdudlaşdırılan yük avtomobillərinin, eləcə də günün müəyyən vaxtlarında sərnişinlərə xidmət göstərən avtobusların xidmətdən sonra texniki baxışdan keçə bilmələri üçün texniki müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilir. Nəzərinizə çatdıraq ki, mərkəz bayram günlərində də vətəndaşlara xidmət göstərməyə davam edir".


Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










