DYP Xətaidə məktəblərin qarşısında bu işləri gördü - FOTO - VİDEO

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, o cümlədən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhsil ocaqlarının yaxınlığında monitorinqlər aparır. Yol nişanları, piyada keçidləri təhlil olunur.
Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində analoji tədbirlər həyata keçirib. Belə ki, 95 saylı orta məktəb və Humanitar məktəb-liseyin qarşısında piyada keçidlərinin yararsız vəziyyətə düşdüyü aşkarlanıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Xətai DYPŞ-nin əməkdaşları müvafiq tədbirlər həyata keçirib. Nəticədə yol nişanları tənzimlənib, piyada keçidlərində xətləmə işləri aparılıb.
Qeyd edək ki, bu cür tədbirlərin mahiyyəti məktəblilərin təhlükəsiz şəkildə yolu keçməsini təmin etmək, o cümlədən məktəblərin ətrafında profilaktiki işlər aparmaqdır.
Xatırladaq ki, tədbirlər digər ərazilərdə də davam etdiriləcək.
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















