DYP Xəzər rayonunda tədbirlər keçirdi – Həbs olunanlar var

“Xəzər rayonunda qayda pozan sürücülərə qarşı davamlı şəkildə tədbirlər həyata keçirilir.” Bunu Avtosfer.az-a açıqlamasında Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə inspektoru polis baş leytenantı Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, keçirilən tədbirlər zamanı konstruksiya dəyişikliyi edən 3, ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkən 2, sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 2 və polisin qanuni tələbinə məhəl qoymayan 1 sürücü aşkar edilib.
Həmin sürücülər barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılan sürücülərdən biri Yunusov Nəcəf Vasif oğlu 5 gün müddətinə inzibati qaydada həbs olunub. Digər qayda pozan sürücü ilə bağlı toplanılmış materiallar isə aidiyyəti üzrə məhkəməyə göndərilib.
Fərid
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












