DYP “Yay tətilini təhlükəsiz başa vuraq!” devizi altında maarifləndirici tədbir keçirib - FOTO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi HPŞ və Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası birlikdə “Yay tətilini təhlükəsiz başa vuraq!” devizi altında maarifləndirici tədbir keçirir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər gün minlərlə insan yol qəzalarında həyatını itirir, milyonlarla insan isə xəsarət alır. Təəssüf ki, Azərbaycanda da ildən-ilə yol qəza hadisələrinin, həm də qəza nəticəsində ölənlərin sayı artır. Yaranmış vəziyyətdən çıxış yolu davamlı maarifləndirmə prosesinin aparılmasıdır. Yay tətilinin başlamasına çox az qalıb. Bu dövr ərzində siz çox vaxt sərbəst olacaqsınız, sizin hərəkətlərinizə nə valideynlər, nə də müəllimlər nəzarət edə biləcəklər. İstirahət etdiyiniz yerlər sürətli yola yaxın ola bilər, bu yollar çox qorxuludur. Ona görə hər zaman ehtiyyatlı olun, öyrəndiyiniz qaydaları unutmayın, çalışın ki, xoşagəlməz hadisələr olmasın. Bu səbəbdən də bu günki tədbirin məncə mühüm əhəmiyyəti olacaq, bizim tövsiyyələrimizə əməl edin, yol hərəkəti qaydalarını pozmayın. Valideynlərinizin və bizim yanımıza sağ və salamat qayıtmağınızı arzulayırıq.
Bu gözəl şəhərciyə xoş gəlmisiniz, indi isə gəlin şəhərciyimizlə tanış olaq, yol nişanlarını yenidən xatırlayaq, nişanlanma xətlərini öyrənək, svetoforun siqnallarına riayət etməklə piyada keçidlərindən istifadə edək.
Avtoşəhərciklə tanışlıqdan sonra uşaqların yol nişanlarını necə yadda saxladıqlarını yoxlamaq üçün onları komandalara bölürük və “Fikirləşirik, yadımıza salırıq, tez cavab veriririk!” adlı interaktiv yarış təşkil olunur, pazllarla oyun keçirilir, asfalt üzərində yol hərəkəti qaydalarına aid rəsmlər çəkilir.
1. İndi isə Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının 1d sinif şagirdlərinin ifasında fleş moba (rəqs) baxaq.
2. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Nuray Yəhyayeva və uşaqların ifasında “Azərbaycan polisi” mahnısını dinləyək.
3. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 244 nomrəli məktəbdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri bizə “Qoca nənə” səhnəciyini göstərəcəklər.
4 Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının 1d sinif şagirdlərinin çıxışına baxaq:
- Oleq Qriqorev “Yama”
- Çastuşki
- Aqnio Barto “Devoçka çumazaya”
5. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri bizə “Velosipedçi dovşan” səhnəciyini göstərəcəklər.
Yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparmaq üçün sözü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Pərvanə Muradovaya verək.
Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının 1d sinif müəllimləri Samirə xanım Babayevaya və Arzu Məmmədova-Qəribovaya uşaqların yol hərəkəti ilə bağlı sağlamlıqlarının qorunması işində bizimlə birgə fəaliyyətlərinə görə təşəkkkürümüzü bildiririk.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















