DYP yol polisindən şikayət edən sürücüyə CAVAB VERDİ

"Tik-Tok" sosial şəbəkəsində bir nəfər video paylaşaraq baş vermiş yol-nəqliyyat hadisəsi yerinə yol polisi əməkdaşının gec yaxınlaşdığını bildirib. Bununla da yol polisindən narazığını ifadə edib.
Məsələ ilə bağlı Bakı şəhər DYPİ-nin baş inspektoru Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, avqustun 10-da Suraxanı rayonu ərazisində avtomobillərin toqquşması barədə daxil olmuş məlumatla əlaqədar yol nəqliyyat hadisələri üzrə inspektor həmin əraziyə yaxınlaşıb.
"Orada Sadıq İmanovun idarə etdiyi "Skoda" markalı avtomobillə Asəf Qəhrəmanovun idarə etdiyi "BMC"markalı avtobusun toqquşaraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdiyi müəyyən edilib."
Yol polisi hadisə yerinə çatanda təcili tibbi yardım maşınında S.İmanova ilkin tibbi yardım göstərildiyi üçün xəsarət alıb-almadığını soruşmuş, sonuncu özünü pis hiss etdiyi üçün təcili tibbi yardım çağırdığını, bu barədə aidiyyəti polis orqanına məlumat veriləcəyini bildirib.
Bu səbəbdən hadisə yerinə Suraxanı RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı dəvət edilmiş və baş vermiş digər yol-nəqliyyat hadisəsini sənədləşdirmək üçün oradan uzaqlaşıb.
Həmin gün saat 19 radələrində yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsində xəsarət alan olmadığı bildirildiyindən araşdırma davam etdirilmiş, nəqliyyat vasitəsinin hərəkəti zamanı qapıları açdığına görə S.İmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati xəta haqqında protokol tərtib edilib.
Vətəndaş S.İmanov şikayəti olmadığını bildirib.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












