Normadan çox yük götürən "KaMAZ" sürücüləri külli miqdarda cərimələndi - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
İdarədən Avtosfer.az-a daxil olan xəbərdarlıqda deyilir:
“Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
İyulun 5-də “KamAZ” markalı, 90-SO-154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Seyfullayev Xanmusa Xubyar oğlu və “ KamAZ” markalı, 35-BX-877 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orucov Arzuman Valeh oğlu yükdaşıma qaydalarını il ərzində təkrar pozduqlarına görə, Baş DYP İdarəsinin YPX Alayının VI taqımının əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1200 manat məbləğində cərimə ediliblər.
İdarə bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı müvafiq normalara və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













