"Əbədi keçid"ə tələsməyin - DYP-dən videoçarx

Xəbər verdiyimiz kimi Baş Dövlət Yol Polisi İdarəsi bu gündən başlayaraq may ayının 3-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də piyada keçidlərindən istifadənin əhəmiyyətini bir daha vurğulamaq üçün sosial videoçarx hazırlayıb.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Ona görə bu qaydaların pozulması inzibati xəta tərkibi yaradır. Başladılan bu hərəkatın məqsədi piyadaları cərimələmək deyil, onlara piyada keçidlərindən istifadənin vacibiyyətini bir daha xatırlatmaqdır.
Piyadaların avtomobillərlə vurulmasının qarşısını alınması, təbliğatın geniş yayılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bir daha piyadalara səslənib:
"Yol nəqliyyat hadisələrində həlak olanlar, xəsarət alanlar, əlil olanlar elə bizlərdən biridir, dövlətimizin vətandaşıdır. Hər kəs məsuliyyətini artırmalıdır. Ölkə vətəndaşları tutduğu vəzifədən asılı olmayaraq yolda hərəkət zamanı diqqətli olmalıdır."
Yol bizimdir deyib yola atılan piyadalar "məzarda mən haqlı idim" desəniz də faydası olmayacaq. Odur ki, yolu keçərkən bir yox, iki dəfə düşünün.
Aysel
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












