Ekologiya postunda reyd: yük maşınları, avtobuslar, avtomobillər... - FOTO - VİDEO

Bu gün "Təmiz hava aylığı" çərçivəsində növbəti reyd baş tutub.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sürücülər maarifləndirilib.
"Ekologiya postu"nda keçirilən tədbirdə ETSN-nin əməkdaşları xüsusi texniki qurğunun köməyi ilə avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarını ölçüblər.
DYP əməkdaşları saxlanılan sürücülərlə profilaktiki söhbətlər aparıb. Onlara nasaz vəziyyətdə avtomobil idarə etməyin qanunvericiliyə zidd olduğu izah edilib.
Eyni zamanda normadan artıq zəhərli qazların ətraf mühitə, xüsusilə insan sağlamlığına mənfi təsir göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, avtomobili saz vəziyyətdə saxlamaq ilk növbədə sürücülərin özlərinin və ailələrinin sağlamlığı üçündür. Həmçinin, inzibati məsuliyyət yaradan bu əməl qanunun tələblərinə ziddir.
Qeyd edək ki, may ayının 1-dən 31-dək ölkə ərazisində "Təmiz hava aylığı" devizi altında reydlər keçirilir.
Nərmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ























