Ekspert: "Bölgələrə icazəsiz gedənlərin hamısı polis tərəfindən cəzalandırılıb"

Ötən həftənin şənbə günü Bakıdan rayonlara üz tutan minlərlə şəxs polisin qurduğu karantin postlarında sıxlığa səbəb olub. Hətta bəziləri torpaq yolla bölgələrə keçməyə cəhd göstərib. Lakin Daxili İşlər Nazirliyinin və Baş Dövlət Yol Polisi İdaresinin birgə yaydığı açıqlamadan məlum olur ki, həmin sürücülər heç də istədikləri ünvana çata bilməyiblər. Onlar növbəti postlarda saxlanılaraq inizabi məsuliyyətə cəlb olunublar. Avtosfer.az əldə etdiyi məlumata görə hətta onların bəziləri gecə saat 2:00-3:00 radələrinə kimi yolda maşında yataraq postlarda sakitlik yaranmasını gözləyiblər.

Məsləyə münasibət bildirən yol hərəkəti qaydaları üzrə ekspert Elmədddin Muradlı bildirib ki, həmin sürücülərin 90% polisin nəzarətindən yayına bilməyib. "Onlar hətta gecə yol kənarında maşını saxlayıb maşında yataraq müəyyən vaxt keçməsini gözləsələr də yol polisi, eləcə də əraziyə cəlb olunmuş post patrul xidmətinin əməkdaşları onları bir-bir aşkarlayaraq inzibati qaydada cərimə edib və geri qaytarıb. Rayonlara gələnlərin də bir çoxu rayonlarda aşkar olunub və onlar birbaşa Bakıya qaytarılıb. Yüzlərlərlə belə fakt aşkar olunub. Artıq karantin postlarında torpaq yollarda tam nəzarətə götürülüb. Növbəti həfətlərdə sərtləşdirilmiş karantin dövrü ərzində bu cür adımların qarşısı qətiyətlə alınacaq. Ümüd edirik ki, vətəndaşlarda bu qaydalara anlayışla yanaşacaqlar. Bu qaydaları polis tətbiq etmir Operativ Qərargah tərfindən qəbul edilmiş qaydaları polis icra edir. Mən hesab edirəm ki Operativ Qərargah müəyyən şərtlər daxilində insanların bölgələrə getməsini təmin edə bilər. Artıq dərs ili başa çatıb. Bəzi ailələr 2-3 aylıq gedib rayonlarda qalmaq istəyir. Necə ki, əvvəlki illərdə də belə təcrübə baş verib. Ona görə də belə insanları nəzərə almaq lazımdır ki, Bakının yükü bir az azalsın. Bütün günahları da polisin üzərinə atmaq olmaz Operativ Qərargah qərarları qəbul edir, icrası isə polisə həvalə edilir. Vətəndaşlarda bəzən haqlı olaraq irad bildirirlər ki, bölgələrə getmək üçün şərait yaratmaq lazımdır
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO












