Elşad Hacıyevdən avtoxuliqanlıqla bağlı AÇIQLAMA - “Özünə və başqalarına qəsddir…” - VİDEO

“Avtoxuliqanlıq niyə təhlükəlidir? Çünki ictimai təhlükəli hərəkətdir, ictimai münasibətlərə — özünün və başqalarının həyat və sağlamlığına, mülkiyyətinə qəsddir.” Avtosfer.az xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. Onun sözlərinə görə, avtoxuliqanlıq hərəkətləri əhalinin dincliyinin nümayişkaranə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdir. “Bu təhlükəli davranışa qarşı polis fasiləsiz mübarizə aparır. Təkcə cari ilin 7 ayında DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb və məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı ən sərt sanksiyalar tətbiq edilib.”
Elşad Hacıyev bildirib ki, insanın cəza ilə islah olunması mübahisəlidir. “Ancaq ictimai nəzarətin daha effektiv çəkindirici təsir imkanları var. Bu imkanların genişlənməsi, artırılması hər birimizdən asılıdır.”
Sonda DİN rəsmisi sürücülərə və digər hərəkət iştirakçılarına müraciət də edib.
“Əziz dostlar, xahiş edirik dəstəyinizi əsirgəməyin, yollarda qaydalara əməl edilməsi hər bir hərəkət iştirakçısı ilə əlaqəlidir. Ona görə ki, yol mədəniyyəti təkcə intizam yox, məsuliyyət tələb edir.”
Hülya
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












