Gədəbəydə elektrik naqillərini oğurlayanlar yol polisi tərəfindən saxlanıldı - FOTO

Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu taqımının əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman VAZ-2110 markalı avtomobilin sürücüsü, Gədəbəy rayon sakini, İsmət Allahverdiyevin yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və bu zaman avtomobildə çoxlu elektrik naqilinin olması, sürücünün özünü qeyri-adekvat aparması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb.
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının İ. Allahverdiyevin ətrafında apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Qarıkənd kəndində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlayıblar.
Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















