Gədəbəydə qaydaları pozan sürücülər cərimələndi - FOTO

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıblar.
Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
Piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları qeyd edilən bu və digər qayda pozuntularını aşkar etdikdə inzibati qaydada tədbirlər görürlər.
Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində qayda pozan piyadalara və sürücülərə gün ərzində ümumilikdə 15-dən çox inzibati protokol tərtib edilib.
Bundan başqa, polis əməkdaşları “Təmiz hava” aylığı ilə əlaqədar da reyd keçirib.
"Qeyd etmək lazımdır ki, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə nasazlığı aradan qaldırmalı, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Keçirilən tədbirlərlə qayda pozan 100-dən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib", - Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.






Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












