Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə kosntruksiya dəyişikliyi etməsi, başqa dövlətə məxsus saxta qeydiyyat nişanı taxması, qadağan olunmuş səs siqnallarından vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa monitorinqlər nəticəsində Elgün Lətifinin “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E. Lətifi sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















