Gəncədə bahalı maşını qəsdən yandıran şəxs saxlanıldı - AÇIQLAMA - VİDEO

Gəncədə avtomobil yanaraq yararsız hala düşüb.
Avtosfer.az xəbər verir ki, zərərçəkmiş sürücü bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Hadisə avqustun 5-də gecə saatlarında qeydə alınıb. Belə ki, 20-FB-010 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil anidən alışmağa başlayıb. Zərərçəkmiş avtomobilinin qəsdən yandırıldığını iddia edib. Yanğın yaxınlıqda olan insanların köməyi ilə söndürülsə də, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Rövşən Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin şəxsi münasibətlər zəmnində törədildiyi məlum olub.
Nərmin
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












