Gəncədə polis reyd keçirib - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütəmadi olaraq reyd keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər zamanı hərəkət iştirakçıları ilə mütəmadi profilaktiki söhbətlər aparılır, onlara Yol Hərəkəti Haqqında Qanunun tələblərinə riayyət etmələri tövsiyə və tələb olunur.
Qeyd olunub ki, şəhər ərazisində baş verən qəzaların, o cümlədən törədilən qayda pozuntuları mütəmadi olaraq araşdırılır və sürücülər o istiqamətdə maarifləndirilir:
"Hərəkət iştirakçılarının nəzərinə çatdırılıb ki, əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairədə hərəkət edən sürücü üstünlüyə malikdir və dairəyə daxil olan sürücü ona yol verməlidir. Əks halda, yol verməyən sürücü inzibati məsuliyyətə cəlb edilir. Əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilibsə, dairədə hərəkət edən sürücü yol verməlidir. Keçirilən reyd zamanı sözügedən inzibati qayda pozuntusuna görə 20-yə yaxın sürücü barəsəsində protokol tərtib edilib".

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












