Gəncədə velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğruluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Avtosfer.az-ın xəbər verir ki, Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq oradan ümumilikdə 30.000 manatdan çox məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Şəxs ətrafında istintaq tədbirləri davam etdirilir.
Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartındakı pulu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Kənan Vəliyev onlayn yolla vətəndaşın kartından 902 manat pulu başqa karta köçürərək mənimsəyib.
3-cü Polis Bölməsinin və 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində isə şəhər ərazisində 15-ə yaxın velosipedi oğurlamaqda şübhəli bilinən Elgün İsmayılov saxlanılıb. Dindirilmə zamanı E. İsmayılov törətdiyi cinayət hadisəsini etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.
Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
apa
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















