Həmkarları 90 yaşlı polis veteranını təbrik etdilər - FOTO

Polis veteranı Əli Məlikovun 90 yaşının tamam olması münasibətilə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, şəxsi heyətlə iş üzrə böyük köməkçi, polis polkovnik-leytenantı Eldəniz Həsənov, Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şamxal Əliyev, veteranlar şurasının sədri Rostevan Əliyev, eləcə də idarənin əməkdaşları yubilyarı ziyarət edib, maddi və mənəvi dəstək göstəriblər.
Polis polkovniki F.Azadəliyev 90 illik yubileyi münasibətilə Ə.Məlikovu təbrik edib, möhkəm cansağlığı arzulayıb. İdarə rəisi bu gün daxili işlər orqanlarının xidməti fəaliyyətinin təşkilində, cinayətkarlıqla mübarizədə, gənclərin maarifləndirilməsində, eləcə də vətənpərvər ruhda tərbiyə olunmasında veteranların zəngin təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Sonra asayiş keşikçiləri üzərində polis straşınası uniformasında şəkili həkk olunmuş, xüsusi əl işi olan xalçanı yubilyara təqdim ediblər.
Görüşdən təsirləndiyini dilə gətirən veteran sabitliyin, əmin-amanlığın qorunması üçün gecəli-gündüzlü xidmət aparan polisin ictimai asayişin keşiyində mətin dayandığını, hüquqazidd əməllərin, cinayətkar qəsdlərin qarşısını qətiyyətlə aldığını görəndə fərəh hissi keçirdiyini qeyd edib:
“Bu gün qalib ölkə kimi dünyanın diqqət mərkəzindəyik. Ölkəmizi ziyarət edənlərin sayı gündən-günə çoxalır. Bura gələnlər yaxşı bilirlər ki, vətəndaşlarımız kimi onların da təhlükəsizliyi etibarlı şəkildə qorunacaq”.
Sonda yubilyar ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü də ifadə edib.
Yeri gəlmişkən, milis starşınası Əli Məlikov 1956-cı ilin mart ayından 1983-cü ilin dekabr ayına qədər daxili işlər orqanlarında xidmət keçib. Xidmət müddətində 10, 15, 20 və 25 il nümunəvi xidmət, əmək veteranı və bir çox orden, medallarla, həmçinin “Milis əlaçı” döş nişanı ilə təltif olunub.
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO











