İki ildir sürülməyən, hərəkət etməyən avtomobilə 50 manat cərimə yazılıb - FOTO

İki ildən çoxdur ki, idarə edilməyən, hərəkətsiz vəziyyətdə saxlanmış avtomobilə cərimə təyin olunub.
Bu barədə Oxu.az-a müraciət edən şikayətçi Rauf Əlimərdanov bildirib. O qeyd edib ki, 10-BP-920 dövlət qeydiyyat nömrə nişanlı, VAZ-2121 (“Niva”) markalı, 1993-cü il istehsallı nəqliyyat vasitəsini iki ildən artıq idarə etməyib, hətta yerini belə, dəyişməyib. Amma adında olan nəqliyyat vasitəsinə “Yol hərəkəti haqqında” Qanunla müəyyənləşdirilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə cərimə təyin olunub.
Vətəndaşın məlumatına görə, cərimə haqqında bildiriş mobil telefonuna SMS vasitəsilə bu gün səhər saatlarında göndərilib. 50 manat məbləğində cərimə təyin edildiyi, protokol tərtib olunduğu bildirilib.
Şikayətçi Baş Dövlət Yol Polisinin “902” qaynar xətt nömrəsinə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilmədiyini, buna görə “102” xidmətinə müraciət etdiyini vurğulayıb.
Problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan məsələ araşdırılacaq:
“Əgər nəqliyyat vasitəsi hərəkətdə olubsa, inzibati xətanın mövcudluğu barədə vətəndaşa məlumat veriləcək”.
“Bəs vətəndaşın iddiası təsdiqini taparsa, bu zaman yanlış cərimə təyin edilməsi ilə əlaqədar hansı addım atıla bilər?” sualına gəlincə isə qurumdan qeyd edilib ki, hər bir halda araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












