İmişlidə “avtoş”luq edib “TikTok”da paylaşan sürücü saxlanıldı - RƏSMİ - VİDEO

İmişli rayonu ərazisində kobud qayda pozuntusu törədən sürücünün videosu sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 10-LO-250 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Bu zaman onu avtomobildəki və öndə hərəkətdə olan “VAZ” markalı maşındakı sərnişin lentə alıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntüylə bağlı İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qeyd edilən qayda pozuntusunun Rəşad Quluzadə tərəfindən ötən ayın 25-də törədildiyi müəyyən edilib. Sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.
Nərmin
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












