"İntizamsız sürücülərə qarşı səbrli olun" - Yol polisi müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səfərdə olan sürücülərə müraciət edib.
Avtosfer.az-a daxil olan müraciətdə deyilir:
"Hazırda davam edən qeyri-iş günlərində doğmalarını ziyarət etmək, istirahət və ya əyləcə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə səfər edənlərin sayının artması, xüsusilə rekreasiya əhəmiyyətli bölgələrdə hərəkət intensivliyinə bilavasitə təsir göstərib.
Bununla bağlı DYP tərəfindən gücləndirilmiş iş rejimində zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, bəzən özünün, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşaraq səfər etdikləri yaşayış məntəqələrində, eləcə də istirahət və ya əyləncə mərkəzlərinin yerləşdiyi ərazilərdə sərxoş halda sükan arxasına əyləşən, avtomobili azyaşlı övladlarına həvalə edən, yaşı on ikidən az olan uşaqları ön oturacaqda daşıyan, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamayan, mobil telefondan istifadə edən, sürət həddini aşan, xüsusilə dağlıq relyefli ərazilərdə ötmə və manevretmə qaydalarını kobud şəkildə pozan, yol və hava şəraitini nəzərə almayan sürücülərə rast gəlinir ki, bütün bunlar sonda xoşagəlməz yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tətil günlərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olmağı xahiş edir".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












