İsmayıllıda "avtoş" tutuldu - VİDEO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan və bu kimi əməllərini sosial şəbəkələrdə paylaşan sürücü müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Musa Xəlilli sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətləri edib. Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib. Musa Xəlilli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Rayon ərazisində analoji qayda pozuntusuna yol verən, vətəndaşların dincliyini və ictimai asayişi pozan sürücülərin müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












