Karantin cərimləri ləğv edilə bilərmi? - Yol polisindən AÇIQLAMA

Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr ilə bağlı mübahisələr böyüyür.
Baku TV tərəfindən yayımlanan sujetdə bildirilir ki, bir neçə gün əvvəl yüzdən artıq vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edərək, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13 aprel 2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlbetmə səlahiyyətinin olmadığını, bu səbəbdən həmin tarixə qədər yazılan cərimələrin ləğv olunmasının zəruri olduğunu bildiriblər.
Müraciətdə qeyd olunub ki, aprelin 13-nə qədər DYP əməkdaşları tərəfindən respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 mindən çox hərəkət iştirakçısı cərimələnib.
Hüquqşünas Hafiz Həsənov idda edir ki, bu protokollar qanunsuzdur. Çünki yol polisi əməkdaşlarının bu cərimələri yazmağa səlahiyyəti olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, aprel ayının 13-ə qədər Dövlət Yol Polisi əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasına görə bir dənə də olsun protokol üzrə qərar çıxarılmayıb. “Həmin qərarlar rayon polis idarələrinin səlahiyyətli şəxləri tərəfindən çıxarılıb. Bu da İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərdir.”
Kamran Əliyev sujetdə fakt kimi təqdim olunan protokola da münasibət bildirib. “Sözügedən protokol barədə qərarı Xəzər rayon Polis İdarəsinin rəis müavini verib ki, bu da qanuna tam uyğundur. Sözügedən tarixə qədər olan bütün protokollar barəsində də qərarlar eyni xarakter daşıyır.”
Avtosfer.az sözügedən protokolla bağlı qərarın fotonüsxəsini də təqdim edir:
Orxan
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO













