Karantin qaydalarını 3 dəfə pozan avtoxuliqan həbs edildi - FOTO

Dünən gecə Nəsimi rayonu ərazində Cəfərov Rafiq Rafil oğlu 09 BS 158 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil ilə avtoxuliqanlıq edərkən Nəsimi rayon Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovnik- leytinantı Qara Abdullayev tərəfindən saxlanılıb. Yoxlamalar zamanı onun heç bir icazəsinin olmadığı və karantin rejmini qaydalarını bundan əvvəl də 3 dəfə pozduğu aşkarlanıb. Avtoxuliqan haqqında toplanmış matreallar aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilib. Nəsimi rayon Dövlət Yol Polis İdarəsinin rəisi Qara Abdullayevin Avtosfer.az-a bildirdiyinə görə, məhkəmə həmin şəxsin törətdiyi əməlləri nəzərə alaraq 1 il sürücülük hüququndan məhrum etməklə 20 gün inzibati qaydada həbs edilməsi ilə bağlı qərar çıxardıb. Qara Abdullayev vətəndaşları və sürücüləri həm karantin qaydalarına, həm də yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












