"Karantin rejiminin yumşaldılması yollarda sıxlığa səbəb olub" - Vaqif Əsədov
Yol polisi
1 Fevral 2021 16:14

"Bu gündən etibarən bəzi iş və xidmət sahələrinin, o cümlədən məktəblərdə tədrisin bərpa olunması şəhər yollarında yenidən sıxlığa səbəb olub". Bunu APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə yumuşalmalara gedilməsi paytaxda nəqliyyat vasitələrinin hərəkətində intensivliyin yüksəlməsinə gətirib çıxarıb: “Bu gün, xüsusilə paytaxtın “20 Yanvar”, “Şamaxinka”, “Tbilisi prospekti” və “Şimal qapısı” adlanan ərazilərindən mərkəzə doğru güclü sıxlıq müşahidə olunub.
Rəsmi statistikaya görə, hər 4 avtomobildən biri sözügedən ərazilərdə ən azı bir dəqiqə saxlayaraq sərnişinlərin düşməsini gözləyir. Bundan başqa, vətəndaşların piyada keçidlərindən istifadə etməməsi də yollarda sıxlıq yaradan səbəblərdəndir.”
Qrum rəsmisi, həmçinin məktəblərin açılmasl ilə bağlı valideynlərə müraciət edərək tədris müssələrinin qarşısında sıxlıq yaratmamağa çağırıb: “Bəzi valideynlər avtomobili uyğunsuz yerdə saxlayaraq süni sıxlığın yaranmasına şərait yaradırlar. Aparılan müşahidələr onu göstərir ki, bir sürücünün yolun hərəkət hissəsində və yaxud ikinci cərgədə icazə verilməyən sahədə 30 saniyə dayanması bir istiqamətli iki hərəkət zolağı olan yolda daralmaya və 60-a yaxın sürücünün 5-7 dəqiqə ünvana gecikməsinə səbəb olur. Dayanma-durma qaydalarına əməl edilməsi bu gün ən prioritet məsələlərdən biridir. Buna görə də, bütün valideynlərdən bir daha xahiş edirik ki, tədris müəssələrinin yaxınlığında dayanma-durma qaydalarına əməl etsinlər".
Vaqif Əsədov son olaraq qeyd edib ki, bu gün yol polisi tərəfindən sıxlıq müşahidə olunan ərazilərdə hərəkətin davamlı tənzimlənməsi üçün işlər görülüb. Bütün bu işlər yol polisi və digər polislər tərəfindən davam etdirilir.
Oxunub : 2832
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












