Keçən il sərxoş tutlan sürücü bu il narkotikin təsiri altında yaxalandı - FOTO

Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sükan arxasında narkotik vasitələrin təsiri ilə avtomobil idarə edən şəxsi aşkarlayıb.
Şöbədən Avtosfer.az-a verilən məlumata görə, sürücü Bağırov Elvin Rafael oğlu idarə etdiyi 10-BJ-013 dövlət nömrə nişanlı, "Land Rover Discovery" markalı avtomobil ilə rayon ərazisində dönmə işığından istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, həkim müayinəsindən keçirilib. Məlum olub ki, sürücü narkotik vasitələrin təsiri altındadır.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin sürücü ötən il sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Nizami rayon DYPŞ tərəfindən saxlanılıb və barəsində müvafiq tədbir görülüb.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















