Kəmər taxmadığı üçün saxlandı, narkotik vasitənin təsiri altında çıxdı - FOTO

Paytaxtın Nizami rayonu ərazisində təhlükəsizlik kəmərindən istofadə etməyən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-NJ-146 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü Anar Əliyev Heydər Əliyev prospektində Nizami DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün DYP əməkdaşları onu sərxoşluq və narkoloji testdən keçiriblər. Sürücünün narkotik vasitələrin təsiri altında avtomobil idarə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 329.1 (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək) və 333.1 (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmək) maddələri ilə inzibati protokol tərtib olunub və iş baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib.
Fərid
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












