Kimə inanaq: Yol polisinə, yol nişanına, yoxsa parkovşikə?

Sual bəlkə də sizə qəribə gələ bilər: Axı dövlətin rəsmi nümayəndəsini qoyub niyə təsadüfi adama inanmalıyıq?
Əslində məni də yazmağa vadar edən bəzi insanların üçüncüyə inanmasıdır. Bu günlərdə bir tanışım dövlət qurumlarının birinə (etika xatirinə ad yazmıram – müəl.) sənəd üçün müraciət etmək istəyir. Gedəcəyi yolu DYP-də işləyən qohumundan soruşduqda qohumu ona bildirir ki, yaxınlıqda maşın saxlamaq üçün yer yoxdur, kamera çəkir. ən rahat yol avtobusla getmək, ya da maşını təxminən 300 metr kənarda saxlamaqdır.
Amma bu iş yoldaşım polis zabitinin dediyini qulaqardına vurur. Sözügedən qurumun yanına gəldikdə parkovşik ona yer göstərib 1 manatını alır. Həm də əmin edir ki, kamera 1 aydır işləmir.
Dövlət qurumunda məsələsini həll edən tanışım günorta iş yerinə qayıtdıqda artıq telefonuna bildiriş gəlmişdi. Parkovşikə inandığı üçün gün ərzində özünə söydü. Amma, farslar demiş, çifayda.
Bu gün təəssüf ki, yol nişanlarını tanımayan N qədər sürücü var. Bu insanlar harda dayanmaq, durmaq və ya dönmək mümkün olduğunu başqalarından soruşurlar. Doğrudur, hansısa məntəqəyə yolu kimdənsə soruşmaq adəti bəşər yaranandan mövcuddur. Soraqlaşa-soraqlaşa Həccə (Romaya) getmək olar məsəli bütün xalqlarda var. Amma filan yolda sürət nə qədərdir, saxlamaq olarmı, dönmək olarmı kimi suallar isə verilməməlidir. Sürücü nişana baxaraq bunu özü təyin etməlidir.
O ki qaldı kameranın işləyib işləməməsinə, burada da qeyri-adilik yoxdur. İstənilən avadanlıq müəyyən müddətə profilaktika üçün dayana bilər. Avropa ölkələrində isə insanların intizamını və sqayıqlığını yoxlamaq üçün hətta radarlar da müəyyən müddətə söndürülür.
Ən əsası: hər bir sürücü özünə sual verməlidir: parkovşik hansısa kameranın işləyib-işləmədiyini necə bilə bilər? Bu ki, mərkəzləşmiş sistemdir və hansı kameranın nə vaxt söndürülməsi ictimaiyyətə açıqlanmır?
Bir də ki, yol nişanına deyil, parkovşikə inanan şəxsin cərimələnməsi qədər təbii nə ola bilər?
Vüqar
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












