Qazi sürücü Laçında ola-ola Ağdamda avtoxuliqan kimi cərimə edildi – Səhv yazıblar, amma silmirlər

Qazinin avtomobilinə özündən xəbərsiz 500 manat cərimə yazılıb və həbs qoyulub.
Bu barədə Avtosfer.az-a müraciət edən 2-ci qrup Qarabağ qazisi Şöhrət Qarayev bildirib ki, martın 1-də Ağcəbədi rayonunda özünə məxsus olan “Mercedes” markalı 99-DD-307 dövlət qeydiyyat nişanli avtomobillə qəza törədib: “Qəza ilə bağlı protokol yazılıb, 40 manat cərimə qeyd olunub. Avtomobil yararsız olduğu üçün martın 10-u Bakı şəhərinə aparmışam. Həmin ayın 17-i mənim üçün avtoxuliqanlıq səbəbindən 500 manat cərimə yazılıb. Cərimənin mənim avtomobilimə yazıldığını bilməmişdim. Yay fəsli boyunca təsərüatımla bağlı Laçın rayonunda olmuşam. Sentyabr ayında cərimələrimi yoxlayarkən 500 manat cərimə olunduğumu, məbləğin üzərinə dəbbə pulu gələrək 800 manata yüksəldiyini və avtomobilimə həbs qoyulduğunu gördüm”.
Şöhrət Qarayev bu barədə Ağdam rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Allahverdiyev Allahverdi ilə görüşüb. Qazi iddia edir ki, ona yanlışlıq oluğunu və problemin həll olunacağı bildirilib: “Dedilər ki, cərimə texniki səhv ucbatından yazılıb. Həll ediləcək. Amma hazırda mənim avtomobilim texniki baxışdan keçməli və sığorta olunmalıdır. Baş verənlər səbəbindən mən öz şəxsi avtomobilimdən istifadə edə bilmirəm”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Aslan Qiyaslı Avtosfer.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












