Lənkəran polisi reyd keçirdi - “Kia Optima”nın narkoman sürücüsü saxlanıldı - FOTO

Lənkəranda keçirilən əməliyyatlar zamanı silah-sursat və narkotik aşkarlanıb.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon Balıqçılar qəsəbəsinin sakini Samir Ağakişiyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən heroin və metamfetamin, yaşadığı evdən isə AK-74 markalı avtomat silahı, həmin silaha aid 1 ədəd daraq və 10 ədəd 5.45 mm çaplı patron aşkarlanaraq götürülüb.
Lənkəran şəhəri "Ləvəngi dairəsi" ərazisində xidmət aparan şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılan “Kia Optima” markalı avtomobilin sürücüsünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən narkotik vasitənin sərxoşluğu altında olduğu müəyyən edilən sürücü, Masallı rayon sakini Vaqif Tağıyevin üzərinə keçirilən baxış zamanı 40 qram heroin, əlavə olaraq metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan “Səccad” adlı İran vətəndaşı vasitəsilə Bakı şəhəri Binə qəsəbəsi ərazisində əldə etdiyi müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












