Lənkəranda yol hərəkəti qaydalarını pozan qazilər saxlanıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, yol polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozduqları, digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları aşkarlanıb:
“Sözügedən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Həmin şəxslərdən bir neçəsinin daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunduğu müəyən edilib. Nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin Vətən Müharibəsi iştirakçıları, qazilər olması isə təəssüf doğuran haldır.”-deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, saxlanılan sürücülərə eyni əmələ görə dəfələrlə xəbərdarlıq edilib.





DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












