"Lökbatan dairəsi" təmizləndi: əraziyə hasar çəkildi - FOTO - VİDEO

Lökbatan dairəsində yaranmış xaotik vəziyyətin qarşısı alınıb. Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Bakı Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Lökbatan dairəsində qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısı alınıb. Əraziyə 300 metr məsafədə dəmir məhəccərlər çəkilib, dayanma-durmanı qadağan edən yol nişanları quraşdırılıb, kameralar vasitəsilə əraziyə nəzarət olunur. Qayda pozan sürücülərə elektron protokollar tərtib olunur.
Sürücülər etiraz edərək qanuni avtovağzalın ərazisinə getmək istəmir. Baxmayaraq ki, avtovağzal ərazisində geniş şərait yaradılıb və hələlik pulsuz istifadəyə verilib.
Lakin Binə ticarət mərkəzinin rəhbərliyi qanunsuz avtovağzal yaradaraq yol kənarından uzaqlaşdırılan sürücüləri ora dəvət edir. Apardığımız araşdırmalar zamanı məlum olub ki, burada bəzi şəxslərin böyük maraqları var. Müxtəlif rayonlar üzrə marşurut xətləri konkret şəxslərin nəzarəti altındadır. Onlar sürücüləri idarə edir, hətta nalayiq söyüşlərlə onları qanunu fəaliyyət göstərən avtovağzaın ərazisinə girməkdən çəkindirirlər.
Baş Dövlət Yol polisi İdarəsinin şöbə rəisi polis mayoru Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, ərazi DYP əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılacaq, qanunsuz fəaliyyət göstərən sürücülər barəsində müvafiq tədbirlər görüləcək.
AYNA-nın mətbuat katibi Tural Orucov isə bildirib ki, əməkdaşlar artıq üç gündür burada nəzarət tədbirləri həyata keçirir. Sərnişinlər qanunu fəaliyyət göstərən avtovağzal ərazisinə yönləndirilir. Lakin sürücülər inadkarlıq nümayiş etdirir. AYNA müvafiq qurumlar qarşısında məsələ qaldırıb və problem həllini tapacaq.
Elmin
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO














