Lökbatandakı parkinq cəriməsi Xaçmaza göndərildi - FOTO

Xaçmaz sakininə parklanma cəriməsi ilə bağlı yanlış bildiriş gəlib.
Bu barədə telefonuna bildiriş gələn B. Rzayev sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, dayanma-durma pozuntusu isə Bakıda, Lökbatan qəsəbəsində “Mercedes” markalı avtomobil tərəfindən qeydə alınıb:
“Pozuntu Lökbatan dairəsində qeydə alınıb. Həmin “Mercedes” markalı avtomobilin dövlət seriya nömrəsi 90-TX-476-dır. Amma cərimə mənim “Opel” markalı 99-TX-478 dövlət nömrə nişanlı maşınıma gəlib”.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ tərəfimizdən araşdırılaraq, texniki xəta aradan qaldırılıb. (lent.az)


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












