"Maşın bazarı"nın qabağında avtomobillərin qabağına qaçan şəxs həbs edildi

Mayın 27-də, Bakı şəhər, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Maşın bazarının qarşısında) vətəndaşlar yolun hərəkət hissəsinə çıxaraq nəqliyyatın hərəkətinə təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, maşın alqı-satqısı ilə məşğul olan şəxslər avtomobilləri saxlayır və tıxaca səbəb olurlar. Bununla bağlı ərazidə xidmət aparan DYP əməkdaşları həmin şəxslərə dəfələrlə xəbərdarlıq etsələr də bəziləri buna tabe olmayıb.
Onlardan biri Şirinov Şamil Şakir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub. 28-ci polis bölməsində vətəndaşla bağlı toplanmış materiallar aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarına əsasən Şirinov Şamil Şakir oğlu 10 gün müddətində inzibati qaydada həbs olunub.
Könül
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












