Maşını sərxoş vəziyyətdə idarə edən sürücü həbs edildi - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri zamanı “Volkswagen” və “Niva” markalı avtomobillərin sürücülərinin qanunla qadağan edilmiş səs siqnalından istifadə etməsi müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Sürücülər barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.
VAZ-2107 markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Amil Şərifov yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb. Həmçinin avtomobilin ön yan şüşələrinə tünləşdirilmiş örtük yapışdıran sürücünün il ərzində bir dəfə də sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində inzibati tədbir görülməsi və sürücülük hüququndan məhrum olunması üzə çıxıb. Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















