Maşının arxasına "Qatil" yazan sürücünü yol polisi saxladı - FOTO

Bakıda dövlət qeydiyyat nişanının vurulduğu yerə “Qatil 78 leş” ifadəsi yazan sürücü saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış videogörüntü ilə əlaqədar olaraq həmin nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib.
Qeyd edək ki, həmin avtomobilin görüntüsü bu gün saat 09:15 radələrində Koroğlu metrosundan Heydər Əliyev prospektinə gedən yolda qeydə alınıb.
77-DV-937 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin buferi çıxarılıb və dövlət nömrə nişanının yeri dəyişdirilib. Həmçinin qeydiyyat nişanının vurulduğu yerə “Qatil 78 leş” ifadəsi yazılıb.
Avtosfer.az-a müraciət edən şikayətçinin iddiasına görə, öncə məhəllədə görüntülənən avtomobil uşaqların da diqqətini cəlb edərək onları qorxuya salıb. Həmçinin sürücü son günlərdə ölkə gündəmini zəbt edən qandonduran hadisəni vurğulayaraq avtomobildəki ifadənin onun da psixologiyasına mənfi təsir göstərdiyini bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












